Azərbaycanda hərbi mövzulu sayt yaradıldı

Azərbaycanda hərbi mövzulu sayt yaradıldı
  06 Oktyabr 2017    Oxunub:7579
Azərbaycanda hərbi-geosiyasi təmayüllü yeni bir sayt açılıb. Hələ ki rus dilində fəaliyyət göstərən “armiya.az”-ın tezliklə azərbaycan və ingilis versiyalarının da yaradılması nəzərdə tutulur.
Armiya.az-ın məqsədi ölkədə hərbi-geosiyasi mövzular sferasında olan xəbər və təhlil boşluğunu doldurmaqdır. Sayt Azərbaycan ordusu, ökənin hərbi sənayesi, eyni zamanda Ermənistanla bağlı real vəziyyəti çatdıracaq. Cəbhə xəttində baş verən hadisələr haqqında operativ və dəqiq məlumatlar yayacaq.

Saytın baş redaktoru Bəhram Batıyevin AzVision.az-a dediyinə görə, əsas məqsədləri ölkəmizə qarşı aparılan informasiya müharibəsinə düşmənə cavab vermək və əks-hücuma keçməkdir.
O, bildirib ki, armiya.az ölkə yox, regional miqyaslı layihə kimi nəzərdə tutulur. Saytın xarici ekspertlərlə də yaxından əməkdaşlıq quracağı planlaşdırılır.

Bu işdə həmkarlarımıza uğurlar arzulayırıq!



Teqlər: #Media   #Ordu  





Xəbər lenti