Zakir Həsənov yeni səfirlə görüşüb

Zakir Həsənov yeni səfirlə görüşüb
  06 Oktyabr 2017    Oxunub:1258
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Tacikistanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyevlə görüşüb.
AzVision.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona Azərbaycanla Tacikistan arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, hərbi əməkdaşlığın, xüsusilə hərbi təhsil sahəsində əlaqələrin perspektivi müzakirə edilib, regional təhlükəsizlik və müdafiə sahəsində tərəfləri maraqlandıran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının yaxın günlərdə Düşənbə şəhərində keçiriləcək növbəti iclasında iştirak etmək üçün Azərbaycan müdafiə nazirinin Tacikistana nəzərdə tutulan səfəri ilə bağlı məsələlər də müzakirə edilib.

AzVision.az


Teqlər: MÜdafiə-Nazirliyi  





Xəbər lenti