Konstitusiya Məhkəməsi Aslanovun şikayətini icraata qəbul edib

Konstitusiya Məhkəməsi Aslanovun şikayətini icraata qəbul edib
  13 Oktyabr 2017    Oxunub:1206
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş F.Aslanovun məhkəmə aktlarından verdiyi şikayətə baxılaraq, Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Şikayətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun noyabrın 14-nə təyin edilmiş iclasında baxılacaq.

AzVision.az



Teqlər: Konstitusiya-Məhkəməsi  





Xəbər lenti