“Qapı-qapı gəzərək insanları aldadırlar” - “Azərsu” əhaliyə müraciət etdi

“Qapı-qapı gəzərək insanları aldadırlar” - “Azərsu” əhaliyə müraciət etdi
  27 Oktyabr 2017    Oxunub:3375
“Bu gün istər Abşeron yarımadasında, istərsə də regionlarda əhaliyə verilən su standartlara tam uyğundur və içməli suyun keyfiyyətinə dövlət nəzarətini Səhiyyə Nazirliyi həyata keçirir”.

AzVision.az xəbər evrir ki, bunu “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
Onun sözlərinə görə, bu barədə mətbuata tərəfimizdən dəfələrlə məlumat verilib və təəssüf ki, bəzi jurnaistlər suyun keyfiyyəti ilə bağlı yazı hazırlayarkən bu məlumatlardan istifadə etmirlər.

“Qeyd etmək istəyirik ki, su filtrləri satan şirkətlərin bu sahə üzrə heç bir təhsili olmayan gənc əməkdaşlarının qapı-qapı gəzərək şəbəkədən verilən suyun keyfiyyətsiz olması barədə insanları aldatmaq cəhdləri hələ də davam edir. Suyun elektroliz cihazı və TDS aparatı ilə yoxlanması sadəcə onları aldatmağa hesablanıb. Elektroliz cihazının təsirindən suyun üzərində yaranan tünd yaşıl rəngli təbəqə suyun tərkibindəki palçığın və çirklənmənin deyil, əksinə onun tərkibindəki mineralların elektroliz yolu ilə oksidləşmə və rediksiya prosesi nəticəsində əmələ gələn yeni maddələrin, onlara xas olan rəng və iyin göstəricisidir

Suyun üzərində belə bir təbəqə əmələ gəlmirsə, deməli bu filtrdən keçirilmiş və mineralları tutulub saxlanılmış “ölü” sudur. TDS aparatı ilə yoxlanılan suyun göstəricisi 1000 ppm-ə qədər olduqda, bu su içməyə yararlı su sayılır. Ancaq filtr satan şirkətlərin əməkdaşları isə insanların bu sahədə bilgilərinin az olmasında sui-istifadə edib yalan məlumatlar verməklə onları aldatmağa cəhd edirlər”.

AzVision.az


Teqlər: Azərsu  





Xəbər lenti