Pakistan səfiri Qarabağa görə dünyaya çağırış etdi

Pakistan səfiri Qarabağa görə dünyaya çağırış etdi
  27 Oktyabr 2017    Oxunub:3318
Pakistanın ölkəmizdəki səfiri Said Xan Mohmand Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçirdiyi görüşə münasibət bildirib.
AzVision.az xəbər verir ki, səfir münaqişənin nizamlanmasına dair danışıqların intensivləşməsi barədə təklifi müsbət dəyərləndirib.

Diplomat eyni zamanda münaqişənin həllində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini və dünya birliyini aktiv olmağa çağırıb.

"Biz Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın yanındayıq. Ermənistanı rəsmi dövlət kimi tanımırıq. Bundan əlavə Pakistan parlamentinin xarici əlaqələr üzrə komitəsi Xocalı faciəsini soyqırım kimi tanıyan qətnamə qəbul edib, həmçinin parlamenti Ermənistan qoşunlarının Azərbaycanın işğal altından olan torpaqlarından dərhal çıxarılması barədə də qəbul edib"- deyə səfir vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Pakistan  





Xəbər lenti