Bakıda “Xəzər-2017” beynəlxalq təlimi başlayıb

Bakıda “Xəzər-2017” beynəlxalq təlimi başlayıb
  02 Noyabr 2017    Oxunub:3426
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Bakıda Xəzəryanı ölkələrin iştirakı ilə “Xəzər-2017” beynəlxalq təlimi başlayıb.
N
oyabrın 2-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında stolüstü taktiki təlimi keçirilib.

Təlim iştirakçıları əvvəlcə Akademiyanın həyətində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Xəzəryanı dövlətlərin xilasedici xidmətlərinin beynəlxalq təlimlərinə - “Xəzər-2017”yə rəhbərlik edən fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev bildirib ki, məqsəd xilasedicilər arasında qarşılıqlı əlaqələri təmin etmək, təcrübə mübadiləsi aparmaqdır.

Təlimin mövzusu haqqında qonaqları məlumatlandıran E.Mirzəyev bildirib ki, iki gün davam edəcək təlimdə Azərbaycan FHN-in, Rusiyanın, İranın, Qazaxıstanın, Türkmənistanın müvafiq qurumlarının canlı qüvvə və texnikası iştirak edir. Bundan başqa, Azərbaycanın digər müvafiq güc qurumlarının şəxsi heyətləri, xüsusi texnika və avadanlığı da təlimə cəlb olunub. Xəzəryanı ölkələrdə neft–qaz hasilatı və emalı obyektləri fəaliyyət göstərir. Həmin obyektlərdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyi, su hövzələrində insanların təhlükəsizliyi baxımından təlim çox əhəmiyyətlidir.

Qeyd edilib ki, FHN və ölkəmizin digər güc strukturları - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi və s. təlimlərə 1014 nəfərlik şəxsi heyət, 700 xilasedici, 190-dan çox müxtəlif texnika, təyyarə, helikopter və gəmilərlə qatılıb.

AzVision.az


Teqlər: Xəzər-2017  





Xəbər lenti