İqtisad Universitetinin özünüidarə statusu ləğv edildi

İqtisad Universitetinin özünüidarə statusu ləğv edildi
  02 Noyabr 2017    Oxunub:2751
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Dövlət İqtisad Universitetinə özünüidarə statusunun verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 iyun tarixli 949 nömrəli sərəncamının ləğv edilməsi barədə sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncamla “Azərbaycan Dövlət İqtisad Universitetinə özünüidarə statusunun verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 iyun tarixli 949 nömrəli sərəncamı ləğv edilib.

Qərar “Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 3020 nömrəli sərəncamının tətbiqi ilə əlaqədar qərara verilib.

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti