Qaralar kəndi ermənilərin hədəfində: Dinc sakinlər atəşə tutulur

Qaralar kəndi ermənilərin hədəfində: Dinc sakinlər atəşə tutulur
  06 Noyabr 2017    Oxunub:5540
Tovuzun Qaralar kəndi mütəmadi olaraq düşmənin təxribatına məruz qalır. Bir neçə gün öncə erməni silahlı birləşmələrinin açdığı atəş nəticəsində kənd sakini Ağabəy Rüstəmovun evinə ciddi ziyan dəyib. Xoşbəxtlikdən mülki sakinlar arasında xəsarət alan olmayıb.
Kəndin icra nümayəndəsi Ramiz Süleymanov AzVision.az-a bildirib ki, ziyan dəyən evin təmiri ilə bağlı Tovuz Rayon İcra Hakimiyyətinə müraciət edilib.

İcra nümayəndəsi, həmçinin düşmənin tez-tez Qaralar kəndini hədəfə aldığını deyib. Onun sözlərinə görə, dəfələrlə kənd atəşə məruz qalıb, evlərə ziyan dəyib.

“Azərbaycan ordusunun qüdrətinə inanırıq. Ordumuz həmişə düşmənin layiqincə cavabını verir və onları sumağa məcbur edir”, - kənd icra nümayəndəsi deyib.



Hafiz Əhmədov
AzVision.az


Teqlər: Tovuz   Qaralar   Təxribat  





Xəbər lenti