Nazirlər Kabinetində müşavirə keçirilib

  06 Noyabr 2017    Oxunub : 378
Nazirlər Kabinetində müşavirə keçirilib

Nazirlər Kabinetində Azərbaycan Respublikası Baş nazirinin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədovun yanında kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, müşavirədə Baş nazirin müavini Əli Əhmədov son illər sürətlə inkişaf edən respublika iqtisadiyyatında əldə olunan uğurlardan söz açaraq, yeni iş yerlərinin yaradılması, sahibkarlığın inkişafı və əmək münasibətlərinin daha müasir formada tənzimlənməsi istiqamətində ölkə rəhbərliyinin atdığı addımların səmərəli nəticələr verdiyini vurğulayıb.

Daha sonra cəmiyyətdə maarifləndirmə işlərinin aparılmasında mətbuatın xüsusi rolunu qeyd edən Əli Əhmədov Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nda nəzərdə tutulmuş məlumatlandırma və təbliğat işlərinin təşkili ilə əlaqədar kütləvi informasiya vasitələrinin qarşısında duran vəzifələr barədə danışıb.

Müzakirələr zamanı Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planı ətrafında geniş fikir mübadiləsi aparılıb, görüləcək işlərə dair təklif və tövsiyələr bildirilib.

AzVision.az

Teqlər: Nazirlər-Kabineti   KİV