Parlamentdə büdcədən Qarabağa pul ayrılması təklif olundu

  07 Noyabr 2017    Oxunub : 2042
Parlamentdə büdcədən Qarabağa pul ayrılması təklif olundu

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc büdcədən Dağlıq Qarabağa vəsait ayrılmasını təklif edib.

AzVision.az-ın məlumatına görə, millət vəkili 2018-cil dövlət büdcəsinin müzakirəsi zamanı deyib ki, Azərbaycan sanki iqtisadi cəhətdən təcavüz aktı ilə barışıb:

“Dağlıq Qarabağla bağlı fikirlərimi həmişə gündəmə gətirmişəm. Bir sətirlə büdcə sistemində Dağlıq Qarabağa vəsait ayrılmasını qeyd etməliyik. Dağlıq Qarabağ erməni işğalı altındadır, ona görə də bu proses baş tutmayacaq. Biz ABŞ və digər ölkələrə etiraz edirik ki, 23-24 il ərzində, təxminən 250 milyon dollara yaxın vəsait ayrılıb. Biz ona etiraz edəndə, dünya ölkələrinə rahatlıqla təqdim edə bilərik ki, Azərbaycan büdcədən Naxçıvan Muxtar Respublikasına olduğu kimi Dağlıq Qarabağa da vəsait ayırıb, amma işğal reallığına görə işləmir”.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Zahid-Oruc