Bakıda bağçada “Kasıblar qrupu” yaradılıb? - Rəsmi açıqlama

Bakıda bağçada “Kasıblar qrupu” yaradılıb? - Rəsmi açıqlama
  08 Noyabr 2017    Oxunub:2927
Bakı şəhəri, Yasamal rayonunda yerləşən 60 saylı uşaq bağçasında “Kasıblar” və “VİP” qrupların yaradılması ilə bağlı araşdırma aparılır.
Bu barədə AzVision.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən məlumat verilib.

Bildirilib ki, məsələ ilə bağlı valideynlər və direktorla görüş keçirilib, onların şikayətləri dinlənilib.

“Valideynlər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin müdiri Eldar Yunusovun qəbulunda olublar. Hər iki tərəf dinlənildikdən və məsələ araşdırıldıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Aytən Zəhra
AzVision.az



Teqlər: Bağça  





Xəbər lenti