İraq və Suriyadakı azərbaycanlıların qaytarılması üçün dövlət proqramı hazırlanır

İraq və Suriyadakı azərbaycanlıların qaytarılması üçün dövlət proqramı hazırlanır
  15 Noyabr 2017    Oxunub:2038
Suriya və İraqda olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması üçün dövlət proqramı hazırlanır.

AzVision.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı deyib. Qurum rəsmisinin sözlərinə görə, bu, qlobal məsələdir:
“Bu məsələni dövlət öz üzərinə götürüb və proqram hazırlayır. Artıq ilk addımlar atılıb, bir uşaq Azərbaycana qaytarılıb. Lakin bu prosesdə dövlətlərarası müstəvidə ciddi araşdırmalara, məsələlərin izahına ehtiyac var və bu problemləri həll etmək lazımdır. Ən sadə halda başqa bir ölkədə vəfat etmiş azərbaycanlının ölkəyə gətirilməsi uzun müddət çəkir. Müvafiq qayda-qanunlar, razılıqlar əldə ediləndən sonra insanların Azərbaycana gətirilməsi həyata keçirilməlidir. Bu istiqamətdə dövlət işləyir və proqram hazırlayır. Vətəndaşların hansı yolla bu ölkələrə getməsi, aldadılması və digər məsələlər öyrəniləcək. İndiki mərhələdə vətəndaşlarımızın ölkəmizə gətirilməsi üçün ciddi səy göstərilir” , - deyə komitə rəsmisi vurğulayıb.

Aytən Zəhra
AzVision.az



Teqlər: Komitə  





Xəbər lenti