Düşmən Qarabağda hərbi təlimlər keçirib

Düşmən Qarabağda hərbi təlimlər keçirib
  17 Noyabr 2017    Oxunub:1564
Erməni silahlı birləşmələri işğal altında olan Azərbaycan ərazilərinin cənub istiqamətində növbəti hərbi təlimlər keçiriblər.
Erməni KİV-lərinin məlumatına görə, təlimlər zamanı artilleriya qurğularından və digər ağır döyüş texnikasından atışlar həyata keçirilib.

Separatçı rejimin "müdafiə naziri" Levon Mnatsakanyan təlimləri izləyib. Onun tapşırığı ilə "D 20" toplarından atış hərəkətləri yerinə yetirilib.

AzVision.az


Teqlər: Qarabağ  





Xəbər lenti