Gömrük Komitəsi: “Bizdə Nüsrət Adıgözəlov adlı şəxs işləmir”

Gömrük Komitəsi: “Bizdə Nüsrət Adıgözəlov adlı şəxs işləmir”
  17 Noyabr 2017    Oxunub:2857
Noyabrın 17-də bəzi kütləvi informasiya vasitələrində yol hərəkəti qaydalarını pozan, Yol Patrul Xidməti əməkdaşlarının saxla əmrinə tabe olmayan Adıgözəlov Elvin Nüsrət oğlu adlı şəxs barədə məlumat yayılıb və həmin məlumatda Elvin Adıgözəlovun Dövlət Gömrük Komitəsində yüksək vəzifə tutan Nüsrət Adıgözəlov adlı şəxsin oğlu olduğu iddia edilir.
AzVision.az-ın məlumatına görə, DGK-nin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, ümumiyyətlə, gömrük orqanlarında Nüsrət Adıgözəlov adlı əməkdaş xidmət etmir: "Bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil".

AzVision.az


Teqlər: DGK  





Xəbər lenti