Lavrovun Bakı səfərinin proqramı açıqlandı

Lavrovun Bakı səfərinin proqramı açıqlandı
  17 Noyabr 2017    Oxunub:2264
Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov 19-20 noyabr tarixlərində Azərbaycan Respublikasında rəsmi səfərdə olacaqdır.
Azərbaycan XİN-dən AzVision.az-a verilən xəbərə görə, səfər çərçivəsində nazir Sergey Lavrovun xarici işlər naziri Elmar Məmmədyarov və digər yüksək rəsmi şəxslərlə görüşü nəzərdə tutulub. Görüşdən sonra hər iki nazirin iştirakı ilə birgə mətbuat konfransı keçiriləcəkdir.

Qonşu və dost ölkələr olan Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu il Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlamətdardır.

Xarici işlər naziri Elmar Məmmədyarov 28 aprel 2017-ci il tarixində Rusiya Federasiyasında işgüzar səfərdə olub.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: XİN   Rusiya   Lavrov  





Xəbər lenti