Prezident livanlı həmkarını təbrik edib

  21 Noyabr 2017    Oxunub : 364
Prezident livanlı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Livan Prezidenti Mişel Auna təbrik məktubu göndərib.

AzVision.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Livan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Livan xalqına sülh və tərəqqi arzulayıram".

AzVision.az

Teqlər: İlham-Əliyev