Qarabağda 3 erməni hərbçi öldü, biri yaralandı

  22 Noyabr 2017    Oxunub : 7954
Qarabağda 3 erməni hərbçi öldü, biri yaralandı

Ermənistan ordusunda hərbi qulluqçuların ölümü ilə nəticələnən daha bir qanlı insident baş verib.

AzVision.az emrəni KİV-lərinə istinadən xəbər verir ki, noyabrın 21-də işğal olunmuş Ağdərə yaşayış məntəqəsi ərazisində yerləşdirlən düşmən ordusunun bölmələrindən birində partlayış baş verib. Hadisə nəticəsində 3 nəfərin öldüyü və yaralananların bildirilir.

Erməni saytlarının və ölənlərdən birinin qohumunun sosial şəbəkədə paylaşdığı xəbərdə yazdığına görə, mina quraşdırılarkən partlayış olub və nəticədə 1995-ci il təvəllüdlü leytenant Geğam Zakaryan ölüb.

Ağır yaralanan hərbi qulluqçular 1998-ci il təvəllüdlü Sarkis Abramyan və 1998-ci il təvəllüdlü Sarkis Melikyanın da öldüyü məlum olub. Ölən hərbçilərdən ikisinin müqavilə əsasında xidmət edən hərbçi, ağır vəziyyətdə hospitala aparılan birinin isə əsgər olduğu məlum olub. Çoxlu sayda qəlpə yaraları alan 1998-ci il təvəllüdlü Narek Oveyanın da sağ qalma ehtimalı yoxdur.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Qarabağ   Mina