Pakistanın Baş Qərargah rəisi Azərbaycana gəlir

Pakistanın Baş Qərargah rəisi Azərbaycana gəlir
  22 Noyabr 2017    Oxunub:1529
Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Zübair Mahmud Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, səfər noyabrın 22-də başlayacaq.
Səfər çərçivəsində Pakistan nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub. Səfər noyabrın 24-dək davam edəcək.

AzVision.az


Teqlər: Pakistan   Azərbaycan  





Xəbər lenti