Sarkisyan Brüsselə gedir

Sarkisyan Brüsselə gedir
  23 Noyabr 2017    Oxunub:1905
Ermənistan prezidenti Serj Sarkisyan bu gün Belçikaya səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Sarkisyan 23-24 noyabr tarixlərində Brüsseldə keçiriləcək Avropa Xalq partiyalarının və Avropa İttifaqının Şərq Tərəfdaşlığı sammitlərində iştirak edəcək.

Səfər çərçivəsində Ermənistan prezidenti Belçika kralı Filip və bu ölkənin baş naziri Şarl Mişellə görüşəcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti