Türkiyənin ordu generalı Azərbaycana gəlib

Türkiyənin ordu generalı Azərbaycana gəlib
  29 Noyabr 2017    Oxunub:1304
Bu gün Türkiyənin Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüz Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, səfər çərçivəsində ordu generalı H.Küçükakyüzün Müdafiə Nazirliyində bir sıra görüşləri planlaşdırılır. Görüşlərdə iki ölkənin Hərbi Hava Qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti, perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq. Səfər dekabrın 1-dək davam edəcək.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Türkiyə  





Xəbər lenti