“Münaqişələr regionda sabitliyə ciddi təhdiddir” - Məmmədyarov

“Münaqişələr regionda sabitliyə ciddi təhdiddir” - Məmmədyarov
  30 Noyabr 2017    Oxunub:1144
“Nazirlərlə görüşdə intensiv əməkdaşlıq məsələləri müzakirə olunub. Bakı Bəyannaməsi üçtərəfli əməkdaşlığımız üçün strateji yol xəritəsi olacaq”
AzVision.az xəbər verir ki, bunu Bakıda Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov deyib.

"Biz müxtəlif sahələrdə əməkdaşlığı müzakirə etdik. Əsasən iqtisadi və ticarət dövriyyəsinin artırılması baxımından əməkdaşlığımıza xüsusi önəm veririk. Biz regionda olan münaqişələri müzakirə etdik. Çünki münaqişələr regionda sülh və sabitliyə ciddi təhdiddir. Biz eyni zamanda müdafiə sahəsində əməkdaşlıq məsələlərini də müzakirə etdik və bu istiqamətdə əməkdaşlığımızı genişləndirmək niyyətindəyik" - XİN rəhbəri deyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti