Artur Rasizadə nazirlərlə iclas keçirdi

  30 Noyabr 2017    Oxunub : 588
Artur Rasizadə nazirlərlə iclas keçirdi

Noyabrın 30-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadənin sədrliyi ilə Nazirlər Kabinetinin növbəti il üçün iş planının müzakirəsinə həsr olunmuş geniş iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni iş qaydasına əsasən, Nazirlər Kabinetinin Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş və Azərbaycan Respublikası Prezidentinin aktları ilə ona həvalə olunmuş səlahiyyətlərin icrası və digər tədbirlərin həyata keçirilməsi üçün növbəti ildə görüləcək işlərin qabaqcadan planlaşdırıldığı vurğulanıb.

Bu məqsədlə iclasda növbəti il üçün Nazirlər Kabinetinin iş planına daxil olan təkliflərə baxılaraq müzakirə edilib və Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nın müvafiq bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üzrə illik iş planının təsdiq edilməsi barədə qərar qəbul edilib.

AzVision.az

Teqlər: Nazirlər-Kabineti