Əfqanıstan prezidenti Azərbaycana gəlib - Fotolar

  30 Noyabr 2017    Oxunub : 397
Əfqanıstan prezidenti Azərbaycana gəlib - Fotolar

Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani noyabrın 30-da Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

AzVision.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.



Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qanini hava limanında Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov, Azərbaycanın Türkmənistan və Əfqanıstandakı səfiri Həsən Zeynalov və digər rəsmi şəxslər qarşıladılar.

AzVision.az

Teqlər: Əfqanıstan