Mikayıl Cabbarovun vergilər naziri kimi ilk çıxışı

Mikayıl Cabbarovun vergilər naziri kimi ilk çıxışı
  06 Dekabr 2017    Oxunub:4862
"Azərbaycan hər sahədə Yaponiya ilə əməkdaşlıq imkanlarını öyrənməyə hazırdır"
AzVision.az xəbər verir ki, bunu Bakıda Yaponiya İmperatorunun ad günü münasibətilə keçirilən tədbirdə Azərbaycanın yeni təyin edilmiş vergilər naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, Azərbaycan-Yaponiya əlaqələrində məhsuldarlıq müşahidə edilir, ikitərəfli ticarət dövriyyəsi dinamik şəkildə artır.

Azərbaycanda həyata keçirdiyi bir çox layihələrə görə Yaponiya hökumətinə minnətdarlıq edən nazir ölkələrimizin müxtəlif sahələrdə fəal əməkdaşlıq etdiyini vurğulayıb. O, əmin olduğunu bildirib ki, ikitərəfli münasibətlər gələcəkdə daha da möhkəmlənəcək və genişlənəcək.

AzVision.az


Teqlər: Mikayıl-Cabbarov  





Xəbər lenti