Dövlət Komitəsi təlim keçirib

  06 Dekabr 2017    Oxunub : 692
Dövlət Komitəsi təlim keçirib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Beynəlxalq İnsan Hüquqları Günü”nə həsr edilmiş “İnsan hüquqlarına giriş” mövzusunda təlim keçirib.

Komitədən AzVision.az-a verilən məlumata görə, təlimdə Bakı Dövlət Universitetinin, Dövlət Gömrük Komitəsinin Akademiyasının, Dövlət İdarəçilik Akademiyasının və digər ali təhsil ocaqlarının tələbələri iştirak edib. Eyni zamanda, sosial işçilər və praktik hüquqşunaslar təlimdə öz töhfəsini verib.

Təlimdə 10 dekabr “Beynəlxalq İnsan Hüquqları Günü”nün tarixi, insan hüquqları sisteminin formalaşdırılması, müasir mexanizmlər, Birləşmiş Millətlər Təşkilatının fəaliyyəti, beynəlxalq konvensiyaların milli qanunvericiliyə implementasiyası, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları, milli qanunvericilik və milli insan hüquqlarının müdafiəsi üzrə mexanizmlərin fəaliyyətinin hüquqi əsasları və digər mövzular haqqında fikir mübadiləsi aparılıb.

Seminarda insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən məhkəmələrin qərarları (“case study”) və presedent hüququ müzakirə edilib.

AzVision.az

Teqlər: Təlim   Komitə