XİN rəhbəri həmsədrlərlə Qarabağı müzakirə edib - Yenilənib (FOTO)

  06 Dekabr 2017    Oxunub : 880
XİN rəhbəri həmsədrlərlə Qarabağı müzakirə edib - Yenilənib (FOTO)

Avstriyanın paytaxtı Vyanada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü keçirilib.

AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılıb.

XİN rəsmisi qeyd edib ki, rəsmi Bakı substantiv danışıqlar vasitəsilə Minsk qrupunun həmsədrləri ilə birlikdə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirəcək.



AzVision.az

Teqlər: XİN   Məmmədyarov   Vyana