İsrailin Bakıdakı səfirliyi Qüds qalmaqalına münasibət bildirdi

İsrailin Bakıdakı səfirliyi Qüds qalmaqalına münasibət bildirdi
  07 Dekabr 2017    Oxunub:7066
İsrailin Bakıdakı səfirliyi ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması ilə əlaqədar yaşanan qalmaqala münasibət bildirib.

İsrailin Azərbaycandakı diplomatik Missiya Rəhbərinin müavini, səfirliyin Sözçüsü Avital Rosenberg AzVision.az-a deyib ki, İsrail müqəddəs yerlərdə status-kvoya sadiqdir və yəhudilər, xristianlar və müsəlmanların dini azadlığını təmin etməyə davam edəcək.
"Yerusəlim (Qüds) 3000 il ərzində Yəhudilərin paytaxtı və 70 ilə yaxın İsrailin paytaxtıdır. İsrail ilə Fələstin daxil olmaqla bütün qonşularımız arasında sülhün bərqərar olmasına sadiqik"

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: İsrail   Qüds   Qalmaqal  





Xəbər lenti