Azərbaycana idxal edilən uçuş aparatları vergidən azad olunur

Azərbaycana idxal edilən uçuş aparatları vergidən azad olunur
  14 Dekabr 2017    Oxunub:2018
Azərbaycana mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatları, onların ehtiyat hissələri, mühərrikləri və güc qurğuları vergidən azad olunur.

AzVision.az-ın məlumatına görə, bununla bağlı Vergi Məcələsində dəyişiklik edilir.
Belə ki, məcəllənin 164-cü (Vergi ödəməkdən azad edilmə) maddəsinə yeni-164.1.38-ci bəndi əlavə edilir.

Bu bənd mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatları, onların ehtiyat hissələri, mühərrikləri və güc qurğularının vergidən azad olunmasını nəzərdə tutur.

Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti