Xocəsən gölu təmizlənəcək
Gölün su balansını hesablayarkən mövcud iqlim məlumatlarından, çöl işlərinin nəticələrindən və hidroloji modellərdən istifadə edən tədqiqatçı müəyyən edib ki, gölə tökülən çirkab sularının dayandırılması qısa müddət ərzində göl ekosistemində müsbət nəticələrə səbəb olsa da, uzunmüddətli dövr üçün mənfi nəticələr də verə bilər. Bildirilib ki, hazırda sürətli urbanizasiya nəticəsində göl özünün əsas təbii su mənbələrinin bir qismindən məhrum olub və bu təbii mənbələri Xocəsən qəsəbəsindən daxil olan çirkab suları əvəz edib.
Göl hövzəsinə düşən yağıntıların da böyük bir qismi bu çirkab sulara qarışır. Əgər bu çirkab suları mərkəzləşdirilmiş kanalizasiya xəttinə qoşularsa, gölün səviyyəsi tədricən azala bilər. Bu isə Xocəsən gölünün axarsız gölə çevrilməsinə və tədricən şorlaşmasına səbəb olar. Buna görə də gölün səviyyəsini saxlamaq üçün göl hövzəsində sutəmizləmə qurğularının tikilməsi və təmizlənmiş suların gölə axıdılması daha məqsədəuyğun hesab olunur.
AzVision.az
Teqlər: AMEA