Ermənistanda sürücülər də hakimiyyətdən narazıdır - VİDEO
AzVision.az-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, sürücülər Ermənistana sükanı sağda olan avtomobillərin idxalına qadağanı nəzərdə tutan qanun layihəsinə etiraz ediblər.
Etirazçılar bildiriblər ki, Ermənistanın rabitə və nəqliyyat naziri ilə keçirdikləri görüş heç bir nəticə vermədiyindən mübarizəni sona qədər davam etdirəcəklər.
Qeyd edək ki, qanun layihəsi 2018-ci il aprelin 1-dən ölkəyə sükanı sağda olan avtomobillərin idxalına qadağanı nəzərdə tutur. Təşəbbüs idarəetmə zamanı guya təhlükəsizliyi daha yüksək səviyyədə təmin etməyə yönəlib.
Alper Mövludoğlu
AzVision.az
Teqlər: Ermənistan Etiraz Sürücü