Bakıda beynəlxalq səhiyyə forumu keçiriləcək

Bakıda beynəlxalq səhiyyə forumu keçiriləcək
  22 Yanvar 2018    Oxunub:1480
“Dünyada tibb assosiasiyaları forumları keçirilir. Belə forumlar 1984-cü ildən bu günə qədər təşkil olunur. Forumda əsasən, səhiyyədə qanunvericilik, icbari tibbi sığortanın formalaşdırılması, diplomdan sonrakı təhsil, ailə təbabəti və ilkin tibbi yardım göstərilməsi ilə bağlı məsələlər müzakirə olunur”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında komitə üzvü Rəşad Mahmudov deyib. Deputat bildirib ki, sonuncu belə forum ötən il İsraildə keçirilib.

"Azərbaycandakı müvafiq assosiasiyalar birləşərək həmin foruma müraciət ediblər. Bundan sonra 50 ölkənin səsverməsi ilə növbəti səhiyyə forumunun Azərbaycanda keçirilməsi üçün qərar qəbul edilib. Beynəlxalq forumun bu il keçirilməsi nəzərdə tutulur. Forumun təşkilatçıları ölkəmizə gəlib lazımi görüşləri keçirdikdən sonra yekun qərarı verəcəklər. Bu forumun ölkəmizdə keçirilməsi səhiyyəmizin inkişafına öz töhfəsini verəcək” - deputat vurğulayıb.

Anar Kəlbiyev
AzVision.az




Teqlər: Milli-Məclis  





Xəbər lenti