Vəkil olmaq istəyənlərin nəzərinə!

Vəkil olmaq istəyənlərin nəzərinə!
  22 Yanvar 2018    Oxunub:2068
Yanvarın 22-dən saat 17:00-dan etibarən Dövlət İmtahan Mərkəzinin veb-saytından vəkilliyə namizədlər öz imtahana “buraxılış vərəqələri”ni çap edə bilərlər.
Vəkillərin İxtisas Komissiyasından AzVision.az-a verilən məlumata görə, buraxılış vərəqələrini çap etmək üçün hər bir namizəd veb-saytın (dim.gov.az) ana səhifəsinə daxil olaraq “Vəkillər Kollegiyası” bölməsində öz şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və FIN kodu daxil etməklə “buraxılış vərəqəsi”ni “PDF” formatda saxlayaraq, onu çap edə bilər.

Vəkilliyə qəbul imtahanın yazılı test mərhələsi yanvarın 28-də keçiriləcək. Namizədlər həmin gün səhər saat 9:00-dan gec olmayaraq, “Buraxılış vərəqəsi”ndə qeyd olunan imtahan keçiriləcək ünvanda olmalıdırlar. Onlar özləri ilə mütləq şəkildə qara və ya tünd göy rəngdə yazan, mürəkkəb axıtmayan diyircəkli qələm və (və ya) HB sərtliyində sadə karandaş, qələmyonan, eləcə də şəxsiyyət vəsiqəsini, və imtahana buraxılış vərəqəsini gətirməlidirlər.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

Hər bir namizədin imtahandan ən azı bir gün əvvəl Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı “Namizədin yaddaş kitabçası” ilə yaxından tanış olması https://azvision.az/redirect.php?url=http://eservices.dim.gov.az/brxvdq/yaddas_kitab.pdf tövsiyə edilir.

AzVision.az


Teqlər: Vəkillər-Kollegiyası   İmtahan   DİM  





Xəbər lenti