Komitənin qanunverici işlər planı təsdiqlənib

Komitənin qanunverici işlər planı təsdiqlənib
  26 Yanvar 2018    Oxunub:1361

Milli Məclisin Aqrar siyasət komitəsinin 2018-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.

AzVision.az xəbər verir ki, iclasda komitə sədri Eldar İbrahimov ötən ilin payız sessiyasında görülən işlər barədə məlumat verib. Daha sonra komitə sədri yaz sessiyasının qanunverici işlər planını təqdim edib.


E.İbrahimov bildirib ki, qanunverici işlər planında “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” və bir sıra qanunlara dəyişiklik layihələri var.


Sonra iclasda “Meliorasiya və irriqasiya haqqında” qanuna dəyişiklik edilməsi müzakirə olunub.


Müzakirələrdən sonra layihə parlamentin plenar iclasına tövsiyə olunub.


Anar Kəlbiyev


AzVision.az




Teqlər: Milli-Məclis  





Xəbər lenti