Kərəm Həsənovun qəbul vaxtı dəyişdi

Kərəm Həsənovun qəbul vaxtı dəyişdi
  26 Yanvar 2018    Oxunub:1933
Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Şamaxı şəhərində keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Qəbul yanvarın 31-də saat 10:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək.
Komitədən AzVision.az-a bildirilib ki, qəbulda Şamaxı rayonu ilə yanaşı, Ağsu, Qobustan rayonlarından olan vətəndaşların yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərinə baxılacaq.

Qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar onlayn olaraq komitənin “[email protected]” elektron ünvanına yaza və ya komitənin aparatının (012) 490 24 08 (daxili 200 və 105), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı ərazi idarəsinin (02026) 5-01-07, (02024) 5-01-02 nömrələri ilə əlaqə saxlaya bilərlər.

AzVision.az


Teqlər: Kərəm-Həsənov  





Xəbər lenti