Kürün səviyyəsi azalıb

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 67 kubmetr olmaqla ongünlük normanın 100 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 44 kubmetr təşkil edərək ongünlük normanın 66 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Salyanda 6, Bankədə 4 santimetr azalma, Surrada 3, Araz çayının Novruzlu məntəqəsində 4 santimetr artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 377 (2017-ci il yanvarın 26-da 411 sm), Şirvanda 239 (2017-ci il yanvarın 26-da 333 sm), Salyanda 195 (2017-ci il yanvarın 26-da 262 sm), Bankədə 201 (2017-ci il yanvarın 26-da 215 sm), Araz çayının Novruzlu məntəqəsində isə 114 santimetr (2017-ci il yanvarın 26-da 130 sm) təşkil edir.
AzVision.az