Nazirlikdən kütləvi ixtisarlarla bağlı xəbərə münasibət

Nazirlikdən kütləvi ixtisarlarla bağlı xəbərə münasibət
  26 Yanvar 2018    Oxunub:2042
"Bakı Telefon Rabitəsi” MMC-də (Baktelekom) kütvəli ixtisarların aparılması ilə bağlı məlumatlara aydınlıq gətirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AzVision.az-a bildirilib ki, “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyətində, eləcə də digər tabeli qurumlarda işçilərin kütləvi ixtisarı aparılmır.

Qeyd edilib ki, "Baktelekom" ilə aidiyyəti telefon qovşaqlarının əməkdaşları arasındakı münasibətlər mövcud əmək qanunvericiliyinin tələblərinə uyğun tənzimlənir.

"Hazırda "Baktelekom"da daha çevik idarəetmə modelinin tətbiqi məqsədilə mərkəzləşdirmə prosesi həyata keçirilir. Belə ki, mövcud telefon qovşaqlarının "Baktelekom"a birləşdirilməsi yeni texnologiyaların tətbiqi və günün tələbləri baxımından labüddür",- eyə məlumatda bildirilib.

AzVision.az


Teqlər: Baktelekom   Nazirlik   İxtisar  





Xəbər lenti