Sülh Platforması yəhudi xalqına başsağlığı verib

Sülh Platforması yəhudi xalqına başsağlığı verib
  27 Yanvar 2018    Oxunub:1385
Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması Holokost faciəsi ilə bağlı yəhudi xalqına başsağlığı verib.
Qurumdan AzVision.az-a verilən məlumata görə, mətndə bildirilir ki, İkinci Dünya müharibəsi dövründə yəhudi xalqına qarşı görünməmiş soyqırımı aktı törədilib - yaşlı insanlar, qadınlar, uşaqlar da daxil olmaqla milyonlarla insan faşizmin qurbanı olub və xüsusi qəddarlıqla məhv edilib. Milyonlarla insan, insanlıq qüruru və şərəfinə görə mübarizədə həyatlarını qurban verib.

"Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması Holokost Qurbanlarının Beynəlxalq Anım Günü ilə bağlı bütün yəhudi xalqına və bu faciəli hadisələr zamanı sevdiklərini itirmiş insanlara dərin hüznlə başsağlığı verir. BMT-nin Baş Assambleyası tərəfindən 2005-ci il noyabrın 1-də qəbul edilmiş A/RES/60/7 saylı qətnamədə deyilir: "Beynəlxalq ictimaiyyət, "etnik mənşəli və ya dini inanclardan irəli gələn fərdlər və ya toplumlara qarşı dini dözümsüzlük, təhqir, təqib və şiddətin bütün təzahürlərini birmənalı şəkildə qınayır. Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması bu tezisləri dəstəkləyir və bu ağrıya həmdərd olanlara qoşulur. Bu cür faciələr bir daha təkrar olmamalıdır!".

AzVision.az


Teqlər: Sülh-Platforması  





Xəbər lenti