“Kababı qonaqlar gedəndən sonra verirlər” - Millət vəkili

“Kababı qonaqlar gedəndən sonra verirlər” - Millət vəkili
  01 Fevral 2018    Oxunub:6469
“Restoranlarda keçirilən toylarda bahalı yeməkləri sona saxlayırlar. Bununla da restoran sahibləri öz vəsaitinə qənaət edir”
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev deyib. Deputat bildirib ki, toya əgər 400 nəfər dəvət olunubsa, məsələn 35 manatlıq balıq kababını qonaqların çoxu gedəndən sonra verirlər:

"Amma bunun pulu qonaqların hamısının sayına görə alınır. Həmçinin restoranlarda kondisionerləri söndürmürlər. Adam toyda boynunun tutulduğunu hiss edir və salonu tərk edir. O cümlədən, bir salonda səkkiz səsucaldıcı vasitədən istifadə olunur. Adamların başı da buna dözmür. 1990-cı ilin əvvəllərində Azadlıq Meydanındakı mitinqlərdə iki dənə səsucaldıcı qoyulurdu. Səs Şıxov çimərliyinə qədər gedib çıxırdı. İndi isə restoranlara nəzarət edən yoxdur. Səslərə fiziki cəhətdən insan orqanizmi tab gətirə bilmir və qonaqlar tez salonu tərk edirlər" - deputat vurğulayıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Qüdrət-Həsənquliyev   Toy  





Xəbər lenti