Avropaya göndərilən məhsullara yeni qurum nəzarət edəcək

Avropaya göndərilən məhsullara yeni qurum nəzarət edəcək
  06 Fevral 2018    Oxunub:1845
Azərbaycan Respublikası Nazirlər Kabineti “Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edib.
AzVision.az xəbər verir ki, dəyişikliyə əsasən “Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə”nin 2.2-ci bəndində “İqtisadiyyat Nazirliyi” sözləri “Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilib.

“Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi Qaydası”nda edilən dəyişkiliyə əsasən isə Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarının istehsalı və emalı müəssisələrində infrastruktur və məhsulların təhlükəsizlik meyarları üzrə ekspertizaların nəticələrini təsdiq edən sənədlərin verilməsi, həmin məhsulların keyfiyyətinə nəzarət sisteminin tətbiq edilməsi, istehsal və emal müəssisələrinin reyestrinin aparılması sahəsində və Avropa İttifaqının bu sahədə müvafiq tələblərinin icrasını Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək.

Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda da dəyişiklik edilib. Belə ki, dəyişikliyə əsasən Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələri də yaradılacaq.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Qida-Təhlükəsizliyi-Agentliyi  





Xəbər lenti