`Bəzi namizədlər elə bil, kənddən bu dəqiqə gəliblər`- MÜSAHİBƏ, VİDEO

`Bəzi namizədlər elə bil, kənddən bu dəqiqə gəliblər`- MÜSAHİBƏ, VİDEO
  01 Oktyabr 2013    Oxunub:3310
Nizami Süleymanov: `Cəmil Həsənli seçkini sağlam başa vursa, böyük şeydir`

Prezidentliyə keçmiş namizəd, akademik Nizami Süleymanov siyasətə vida edənlərdəndir. 1992 və 1998-ci illərdə prezidentliyə namizəd olan, ağır seçki marafonundan keçən sabiq siyasətçi hazırda elmi yaradıclıqla məşğuldur. AzVision.az prezident seçkilərinin yaxınlaşdığı bir dönəmdə Nizami Süleymanovla sabiq siyasətçi kimi namizədlər və seçkilərlə bağlı söhbət edib.


- Cəmil Həsənlinin Milli Şuranın vahid namizədi olmasını necə qiymətləndirirsiniz?



- Vətəndaş Cəmil Həsənli 10 iyun 2011-ci il tarixdən 13 iyn 2011-ci il tarixədək akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinə olunaraq, tibbi rəy alıb və diaqnozu aşağıdakı kimi qeyd olunub: - OU (Hər iki gözün) diabetik angiopatiyası;
- OS (Sol gözün ) artifakiyası;
- İfrat inkişaf etmiş qlaukoma yüksək gözdaxili təzyiqlə;
- Sağ gözün görmə itiliyi 0.8 (onda səkkiz) korreksiya ilə 1,0 (vahid);
- Sol gözün görmə itiliyi 0.02 (yüzdə) korreksiya etmir;
- Sağ gözün daxili təzyiqi – 17,8 mm civə sütunu;
- Sol gözün daxili təzyiqi – 25,7 mm civə sütunu.
Fikir verdinizmi, birinci cümlədə “Diabetik angiopatiyası” yazılıb, yəni diabetikdir, şəkər xəstəliyinin fəsadlarından əmələ gəlib. Belə xəstəliklər həkimlərin dediyinə görə istənilən anda ikinci gözə də keçə bilər. Allah eləməsin, yəni alim bizim həmkarımızdır. Azərbaycan üçün çox tarixi kitablar yazıb. Yenə deyirəm, mənim Cəmil Həsənliyə bir alim kimi çox böyük hörmətim var. Çox böyük zəhmət və əziyyət çəkib. Tariximizə çoxlu kitablar yazıb, tələbələr yetişdirib və s.

Mənim bu sənədi oxumaqla qətiyyən onun şəxsi qüsurunu demək fikrim yoxdur, sadəcə humanistlik, insanpərvərlik və dostcasına ona və ətrafına iradalarımı bildirmək istəyirəm. Arayışın ardında yazılır:
- Vətəndaş Həsənli Cəmil Poladxan oğluna Xüsusi Müalicə Sağlamlıq Kompleksinin 22 iyun 2011- ci il tarixli göndərişinə, Akademik Zərifə Əliyeva adına Milli Oftolomologiya Mərkəzinin tibbi rəyinə və Azərbaycan Respublikasının Nazirlər kabinetinin 29 avqust 1997-ci il tarixli `Əlilliyin müəyyən olunması meyarlarına dair əsasnamənin təsdiq olunması haqqında`99 nömrəli qərarının 2.3.18 bəndinə müvafiq olaraq (Bir gözün olmaması və tam korluğu (görmə itiliyinin korreksiya ilə 0.04-dən az olması yaxud görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması) Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliynin 1 saylı Tibbi Sosial Ekspert Komissiyasının 22 iyun 2011-ci il tarixli 454 nömrəli aktı ilə ümumi səbəbdən görməsinə görə üçüncü dərəcəli müddətsiz əlilik qərarı verilir.

Bir gözü kor olduğuna görə. “Kor” sözünə görə üzr istəyirəm, bu, mənim də başıma gələ bilər, kar da, şikəst də ola bilərəm. Bu, sənəddir və sənədi oxuyuram. Həmin qərar 02 avqust 2011-ci il tarixdə Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinin Ali Nəzarət Komissiyası tərəfindən təsdiq edilib. QEYD: Üçüncü dərəcə əlillik travma, xəstəlik və ya anadangəlmə qüsurlar nəticəsində həyat fəaliyyətinin (Sosial uyğunlaşma, ünsiyyət, hərəkət , əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məhfumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anotomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur.
Əlil hesab edilmiş şəxslərə əlilin işə yararlığı barədə rəy verilir və həmin rəydə əlilin peşə vəzifələrini yetirməsinə mane olan, yaxud başqa şəxslərin səhhəti əmək təhlükəsizliyi üçün təhlükə törədə biləcək əks göstərişlər və əlilin xəstəliliyinin xarakteri, fiziki imkanaları, gördüyü işin xüsusiyyətləri nəzərə alınmaqla onun fəaliyyəti üçün vacib olan əmək şəraiti göstərilməlidir. Əslində belə əlillər bir işə getdikdə əvvəla əlilliyi haqqında sənəd təqdim etməlidir.

Belə görünür ki, Cəmil müəllim Milli Şurada namizədliyi irəli sürüləndə onu seçən insanlara ya bu sənədi təqdim etməyib, təqdim edibsə də, o insanlar onu irəli verməklə çox böyük mənəvi, vicdan məsuliyyəti daşıyırlar. Çünki ola bilər ki, o istəsin. Bəs humanizm, insana olan qayğı? Axı Cəmil müəllim sıradan olan insan deyil. O, bizə alim, tarixçi kimi lazımdır. Çox iş görüb, bundan sonra da görə bilər. Orada bığır kimi sağlam adamlar var. Niyə onlardan birini qabağa vermirlər? Dövlət qrumunun verdiyi rəyi də tapdalayaraq, onun namizədliyini irəli sürüblər. Məni narahat edən odur.

Yaşlı insanları işlə təmin etdikdə onların rəsmi şəkildə hansı xəstəlikləri olduğu soruşulmalı, tələb olunmalıdır. Dünyanın qanunları var ki, dövlət başçısı postuna, yüksək vəzifəyə təyin olunan şəxslərdən sağlamlıq kağızı tələb olunur. İstər Barak Obama, istərsə də Angela Merkel olsun. Bizdə isə nədənsə, bu qanun yoxdur. Olmuş olsaydı, MSK namizədlərdən sənəd istəyərdi. Hətta ola bilər ki kiminsə əqli qüsuru olsun. Yəni şizofreniyası, özündən tez-tez çıxması olsun. Diplomatik işlər görən, dövlət başçısı vəzifəsində, ali baş komandan vəzifəsində işləyən adamın Allah qədər səbri olmalıdır. Hər şeyə əsəbləşməməlidir, oturub düşünməlidir.

Mənim yadıma gəlir ki, mərhum Heydər Əliyev qarşısındakı şəxs nə qədər danışsa idi, oturub dinləyərdi. Çox səbirli adam idi. Hansı məmurlarımız bu qabiliyyətə malikdir, onlar həqiqətən də uğurlu insan və kadrlardır. Amma insan da var ki, ağzını açıb danışmamış sözünü kəsir - bil ki, onda hökmən bir xəstəlik var. Yəni dözümsüzlük xəstəliyi var. Mən hesab edirəm ki, Cəmil Həsənlinin dostları humanistlik edib onu bu yola təhrik etməməliydilər. Çünki prezidentliyə seçkilər, əlillik cəmiyyətində olan bu və ya digər posta olan seçkilər deyil. Cəmil müəllimə sağalmaq, gümrahlıq, uzun ömür arzu edirəm, övladları, nəvələri var. Amma istənilən an onda başqa fəsadlar da baş verə bilər. İnsanın səhhətilə zarafat etmək olmaz. Hətta o insan həyatını itirə bilər.


- Amma siz İbrahimbəyovun da namizədliyini dəstəkləmirdiniz...



- Bilirsinizmi, İbrahimbəyovun namizədliyini dəstəkləməməyimin çox səbəbləri var. Mən hələlik Cəmil müəllimin sağlıq məsələsini dedim, o biri məsələləri sonra deyəcəm. Prezidentlik postu adi bir vəzifə deyil. Prezidentlik postuna qədər böyük siyasi, diplomatik, iqtisadi, təcrübə olmalıdır. Rüstəm İbrahimbəyov əvvəla 75 yaşın içindədir. Mənim 68 yaşım var, özünüz də görürsünüz ki, Allaha şükür sənədi uzaqdan da oxuyuram. Amma mən hesab edirəm ki, 47 yaşımda ilk dəfə prezidentliyə namziədliyimi verdiyim vaxtdakı səhhətim və enerjimlə indiki arasında yer və göy qədər fərq var. İnsan 60 yaşına çatdısa, istədin və ya istəmədin, hansısa xəstəliklər başlayır baş qaldırmağa. Mənə elə gəlir ki, yaşı 60 keçmiş insanlar əgər həyatı boyu o peşənin sahibi olmayıbsa, seçkilərdə iştirak etməməlidir.

Düzdür, dünyada insanlar var ki, 70 yaşında da baş nazirdir. İnsan bir peşə sahəsində işləyirsə yaş məhduduiyyəti ona qoyulmaya bilər. Məsələn, rəhmətlik Heydər Əliyev hakimiyyətə gələndə 70 yaşı var idi. Amma bütün həyatı boyu yüksək vəzifələrdə çalışıb. Ən gənc yaşlarından dövlət məmuru postuna pillə-pillə qalxıb. Bir dəfə Andrey Karaulov ona dedi ki, “Szin haqqınızda `Master vlasti`, yəni hakimiyyət ustası deyirlər... O, istənilən yaşda apara bilərdi.

Mən öz sahəmdən danışım, Ukrayna Milli Elmlər Akademiyasının prezidenti Paton Boris Yevgeniviçin 95 yaş var. Həm akademiyanın prezidentdir, həm də öz atasının adına olan Ukrayna Milli Elmlər Akademiyasının Qaynaq institunun direktorudur. Mən onun dəfələrlə yanında olmuşam. O, səhər -səhər birinci öz instituna gəlir və yarım gün işləyir. Günortadan sonra Milli Elmlər Akademiyasının rəyasət heyətində, yəni öz kabinetində prezident kimi oturur. Onun otağından sizə bir qəribə hal deyim. Otağının bir küncündə kiçik bir pəncərə var. Oturub masasının arxasında, yanında bir telefon da yoxdur. Sol tərfdən 3-4 metrə qədər kənarda telfonlar düzülüb. O özü də Mərkəzi Komitənin üzvi idi. Birbaşa Ukraynanın birinci şəxsi ona zəng vura bilirdi. Yəni ona dövlət adamalarından hər an zəng gələ bilərdi. Biz onun kabinetində olanda gördük ki, ona zəng gəldi, durdu qalxdı getdi telefonla danışıb, qayıdıb oturdu. Biz ona oxumaq üçün sənəd verəndə onu həmin o pəncərənin qarşısında oxudu. Sonra gəlib oturanda dedi ki, yəqin siz təəcübləndiniz ki, mən niyə belə edirəm. Bildirdi ki, biz elm adamları axşama qədər otururuq. Amma mən otursam, bilirəm ki, xəstələncəyəm. Xəsətələnməyim deyə telefon zəng çalanda durub getmək məcburiyyətindəyəm, sənəd oxumaq üçün də pəncərənin yanına getməliyəm. Otağında da işıq yanmırdı, yarıqaranlıq idi... Peşəsinə görə 95 yaşı olmasına baxmayaraq, hələ də o vəzifəni daşıyır.

Mən ona gəlirəm ki, Rüstəm İbrahimbəyov, çox böyük, hətta deyərdim ki, dahi kino xadimdir. Və azərbaycanlı kimi onun adı dünyada çəkiləndə mən fəxr edirəm. Amma onun birdən–birə qısa bir müddət içində kinonu atıb, respublikaya prezident gəlmək istəməsi məndə belə bir fikir formalaşdırdı ki, ola bilər, yaşlanıb. Olur biz yaşlı adamlarda. Və yaxud başqa səbədir, sadəcə, onun adından istifadə edirlər. Bu da provakasiyaya gedib.
Sonra elə oldu ki, o, gəlmədi. Dedilər ay bu gün gəlir, sabah gəlir... Şüarlar qaldırdılar ki, `ya Rüstəm İbrahimbəyov, ya da Rüstəm İbrahimbəyov`, başqa namizəd ola bilməz. Və Bakıda yazılırdı: `Mən hökmən gələcəyəm, mən heç nədən qorxmuram, həbs etsələr də gələcəyəm və s.` Amma gəlmədi.

Türklərdə bir şarkı da var, `gözlədim, gəlmədin yar`. Londona da demişdi gələcəyəm, amma ora da getmədi. Və dedi ki, bəs böyrəyində çoxlu sayda daş var. Həmin daşlar başlayıb oynamağa. Mən başa düşmürəm, daş niyə oynayır durduğu yerdə? Ona `şaloxo`mu, `vağzalı`mı çalırlar?
Nə isə, hər birimizn başına gələ bilər. Mənim də öd kisəmdə daş var, amma o oynamır, lal daşdır. Oynamağa başlasa bəlkə mən də istəyəcəm hansısa vəzifələri icra edim, bilmirəm.

Dünyanın ən mötəbər məclisi BMT–də dövlət başçılsarının sessiyaları olur. Bu zaman təsəvvür et ki, İbrahimbəyovun daşları oynamağa başladı. Heç dediyim mahnılar olmasın, olsun `Can–cana`. Bu, durub Ban Ki Muna zəng edəcək ki, `ay Ban Ki Mun, üzr istəyirəm, məni bağışla, böyrəyimdə bir topa daşlar var, məndən icazəsiz hava çalınıb və başlayıblar oynamağa. Mən gələ bilmirəm`.

Bizim kimi 60-ı keçmiş insanlar sinəmizə döyməyək ki, guya sağlam adamlarıq. Yaşlı insanlarda hər cür xəstəlik var. Oturan yerindən tutmuş, başına qədər. Yaşlı insanların 90%-i 50 yaşdan sonra prostat xəstəsidir. Bir qismində də bu, sonradan xərçəngə çevrilir və s. 75 yaşına kimi İbrahimbəyov birdən-birə, həyatı boyu heç vaxt məmur, diplomat, səfir işləməyib. Mən iki dəfə bu posta namizəd olmuşam, seçki marafonundakı çətinlikləri, əziyyətləri görmüşəm. Ona görə Cəmil Həsənliyə də ürəyim ağrıyır. O, həyatı boyu nə iqtisadiyyatda , nə sənayedə çalışıb. Cəmi iki dəfə Milli Məclisin deputatı olub. Amma bunlar tamam başqa şeylərdir. Cəmil Həsənliyə tarixçi kimi Allah uzun ömür versin. Bütün həyatı boyu öz peşəsin davam etdirə bilər. Amma yüz faiz sizə deyirəm ki, Cəmil Həsənli seçkini sağlam başa vursa, böyük şeydir. Çünki seçki marafonunda mən olmuşam və onun ağırlığını bilirəm.

Heç bir təcrübəsi olmayan bir adamı gətirib birdən-birə prezident postuna irəli vermək 22 yaşı olan müstəqil bir dövlət üçün böyük bir fəlakət olar. 1992-ci ildə Elçibəyi də o cür gətirdilər. Elçibəyə Milli Elmlər Akademiyasında şöbə açmışdılar. Bir neçə ştat vermişdilər. 3 nəfər adam tapıb işə götürə bilmədi. Yəni bacarmadı. O vaxta qədər o, heç bir dövlət qulluğunda rəhbərlik etməmişdi. Amma birinci şəxs idarə edən olmalıdır. O, idarə etməlidir, idarə edilən olmamalıdr. Onlar misal göstərirlər ki, Qırğızıstanda belə bir variant oldu. Müxalifət birləşdi. Roza Otunbayevanı hakimiyyətə iki illik gətirdilər. Gör, kiminlə kimi müqyisə edirlər. Bu qədər dövlət qulluğunu keçmiş Otunbayeva ilə Rüstəm İbrahimbəyovu və ya Cəmil müəllimi. Cəmil müəlllim tələbə auditoriyasəndan başqa heç bir işlə məşğul olmayıb.

- Teeldebatalara münasibətinizi öyrənmək istərdim, izləyirsiniz yəqin ki...



- Teladabatlarda namizədlərin sayı çoxdur. Çox olan yerdə də problemlər çıxır. Hamının da xasiyyəti və xarakteri uyğun olmaya bilər. Mən də o dərəcədə gərginlik istəməzdim. Amma yadımıza salaq ki, Ermənistanda hətta Milli Məclisdə iclas gedə-gedə avtomatla gedib məclisin sədrini də, onu-bunu da güllələdilər. Gürcüstanda necə qırğın dava- dalaş düşdü. Bir-birini döydülər.Yəni dünya təcrübəsində bu, var. Bununla xariciləri təəcübləndirə bilmərik. Deyirlər ki, bununla xaric bizə gülər. Xaric özünə gülsün. Onların parlamentlərində, orda-burda dava əlindən durmaq olmur. Hətta dövlət başçılarına yumurta çırpırlar. Təbii ki, mən istəməzdim, biz azərbayacanlı olaraq öz milli qururmuzu, mədəniyyətimizi qoruyub saxlamalıyıq.

Bir şey də var ki, `söymə nökər atamı, söyməyim bəy atanı`. Və ya `döymə taxta qapımı döyməyim dəmir qapını`. Cəmil Həsənli bismillah etməmiş xarici qəzetlərə istinadən başladı dövlətin başçısına qarşı sərt ittihamlar səsləndirməyə. Gəlib öz platformasından danışsın. Bu `korrupsiya` söhbəti bütün seçkilərdə, dünyanın hər yerində var. Bir misal var e `dədəmin goru haqqı, oyu demisən`. Bu, yüz dəfə deyilib. Gəlmisən, ümumi şəkildə məslələri qoyursan, mən korrupsiyanın qarşısını alacağam, onu edəcəyəm, bunu edəcəyəm. Hansısa xarici qəzetdə, deyək ki, ermənipərəst və ya Azərbaycanı sevməyən qüvvə tərəfindən bizim dövlət başçısının əleyhinə kompromat çap olunub. Sən gedib o adamdan soruşmusanmı ki, `gedək o villaları mənə göstər?` Siz inanırsınız ki, o yazıların hamısı yüz faiz düzdür? Mən inamıram. Mən istərdim ki, hörmətli Cəmil müəllim öz platformasımndan danışsın.

Demirəm ki, ölkədə korrupsiya, rüşvət yoxdur. Mənim qədər bunu tənqid edən yoxdur. Rüşvət bu gün dünyanın bütün qitlərində var. İqtidarlı-müxalifətli fikirləşməliyik ki, bunun qarşısnı necə alaq. Cəmiyyətdə düşmənçilik olsun deyə yox, inkişaf olsun deyə tənqid ediriksə, bu, çox böyük bir şərəfdir. İlham Əliyev qədər bu sahədə işlər görən ikinci prezident bilmirəm, Azərbaycanda olub ya olmayıb. Təkcə `ASAN xidmət` Bakının 9 rayonunda tətbiq olunmağa başlayıb. Dövlətin başçısı bu ideyanı ortaya qoyub. Dünyanın heç yerində bu, yoxdur. ASAN xidmətə də gündəlik nəzarət edir. Mən bunu dəqiqi bilirəm. Bəs rüşvətə və korrupsiyaya qarşı mübarizənin ən bariz nümunəsi bu deyilmi?

Dəfələrlə iclaslar edib dövlət məmurlarına, icra strukturunun nümayəndələrinə `yığışdırın bu harın övladlarınızı` deyib. Bir qismini işdən çıxarıb, bir qismi haqqında cinayət işi qaldırıb. Korrupsiyaya qarşı mübarizə idarəsinin yaradılması da onun təşəbbüsü ilə baş tutub.


- Prezidentliyə namizədlərdən kimlərə sizin ixtira etdiyiniz biokartlı üzərlikdən istifadə etməyini məsləhət görərdiniz ?



- Üzərlikli biokart neqativ enerji ötürülməsindən qoruyur. Xəsətliklərin müalicəsi zamanı insanın sağalma müddətinə çox xeyirlidir. Həkimlər bunu rəsmi şəkildə yazıb veriblər. Amma insanın xislətini dəyişmir. Əgər insanda psixopatiya, psixi xəstəlik varsa, `panik hücum` deyilən xəstəliklər varsa, özü könüllü olaraq psixoloqa və ya psixoterapevtə müraciət edərsə, onlar mənə danışırlar ki, belə gəlib müraciət edənlərə biokartı verəndə onlar çox qısa zamanda sakitləşirlər. Bizim namizədlər istəsələr, mən havayı verərəm. Əsəb gərginlikləri azalar, bir–birinə az hücum edərlər, əlbəyaxa olmazalar.

- Sizcə Hafiz Hacıyevə biokart yarayıyar?

- Bilirsiniz, mən heç bir namizədin şəxsiyyətinə toxunmaq istəmirəm. Evdə 5 övlad olur. Doğma bacı-qardaşdılar, bir anadan-atadan əmələ gəliblər. 5-i də ayrı–ayrı xasiyyətdədir. Hafiz Hacıyevin bir çıxışında onu biz gərgin gördük. Ondan sonrakı çıxışında sakit şəkildə danışdı. Yenə deyirəm, Cəmil Həsənli də, məsələn, eyni cür reaksiya verdi. Deyək ki, Hafiz Hacıyev doktor deyil, elmlər namizədi deyil, mən bilən bir-iki dəfə də türmədə yatıb. Hər jarqonu da bilir. Tutaq ki, o, özünə rəva bilir ki, belə danışsın. Amma mənə elə gəlir ki, Cəmil müəllim gərək adekvat şəkildə özün aparmayaydı. Qüdrət Həsənquliyev sakit tərzdə ona bunu məsləhət gördü. Amma buna baxmayaraq, Cəmil müəllim ondan da beşbetər qışqıra-qışqıra cavab verirdi. Orada alim, professor xarakteri özünü göstərməli idi. Çox təssüf edirəm ki, Hafiz Hacıyev şüurlu surətdə onu provakasiyaya çəkmiş oldusa da, Cəmil bəy də ona adekvat oldu. Üstəlik də Hafizi mühaifizə çıxarıb apara bildi, onu isə heç mühafizə də apara bilmədi.

- Mənim yadımdadır ki, 1994-cü ildə prezident Heydər Əliyev bir qrup ziyalı ilə birlikdə Çinə səfər edirdi. Mən də orada idim. Mətbuat konfransının birində ermənipərəst jurnalist az qala biz günahlandıracaq şəkildə sual verdi. Heydər Əliyev isə həmin andaca özü ilə apardığı xəritəni çıxardı və izah etdi. Jurnalist başladı atmacalar atmağa ki, Heydər Əliyev bəlkə səsinin tonunu qaldıra... Amma yox, o, gülümsəyərək sakitcə cavab verdi.
Mən sizi inandırıram ki, Cəmil müəllim Hafiz Hacıyevə sakitcə cavab versəydi, teledebatda udmuş olacaqdı.

-Bəs namizədlərə milyonlarla insan baxır , onlar neqativ enerjidən qorunmaq üçün nə etməlidir?



- Televiziyadan oturanda ekrandan adama göz dəymir, ona görə narahat olmasınlar. Orada 10 nəfərin bir–birinə gözü dəyə bilər. Göz dəyərsə, heç bilmirəm kiminki dəyər. Cəmil müəllim yazığın dəyməyə bir gözü də yoxdur, çünki bir gözü var. Bir gözü görmür, eynək taxır.

Namizədlər könüllü istəyirlərsə, gəlsinlər, gözlərin yoxlayım. Dəqiq deyə bilərəm ki, hansının gözündə var.



- Bəs gözlərinin qurluşundan tuta bilməzsiniz?

- Onların bəzilərinin baxışlarına baxıram, onların özlərindən də çox-çox üzr istəyirəm, dostyana qəbul etsinlər, deyir canavarlar yatanda heç vaxt bir-birinə arxa çevirmirlər, ağız-ağıza yatırlar. Elə baxırlar ki,bir–birinə, elə bil ki, əlacı olsa, göz ilə məhv edərlər.

Onların oturuşundan tutmuş, geyimlərinə kimi hamısının öz mənası var. Xaricdə istənilən vəzifəyə namizədlərin imicmeykeri olur. Teldebata uyğun rəng seçib geyindirirlər. Bizimkilər buna fikir vermir. Hətta orada elə namizədlər var ki, elə bil ki, kənddən bu dəqiqə gəlib Bakıda düşüb. Ləhcəsini də dəyişmir. Ayıbdır axı. Doğulub-böyüdüyü kəndin ləhcəsini gətirib `aö` ilə danışır. Baxıram, deyirəm ki, ilahi, bu adam prezident olmaq istəyir. Oradakı namizədlərin hamısnın ali təhsili, bir qisminin elmi dərəcələri var. Onlar auditoriyaya girəndədəmi də belə danışırlar? Bizim ədəbi dilimiz var. Mən 10 ildir İlham Əliyevin çıxışların çox diqqətlə dinləyirəm. Bir dəfə olsun, onun çıxışında səhv tuta bilməmişəm, necə sərrast danışır.

Şahanə Rəhimli
Elnur Muxtar




Teqlər:  





Xəbər lenti