İsrailin müdafiə naziri Husiləri hədələyib

İsrailin müdafiə naziri Husiləri hədələyib
  16 May 2025    Oxunub:308
İsrail Yəməndə fəaliyyət göstərən "Ənsar Allah" (husilər) üsyançı hərəkatının hücumlarına cavab olaraq Yəmənə zərbələr endirməyə davam edəcək və onun lideri Əbdülməlik əl-Husini məhv etməyə hazırdır.
AzVision.az xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Kats İsrailin Yəmən limanlarına yeni silsilə hava zərbələrindən sonra deyib.

O xatırladıb ki, bundan əvvəl İsrail hərbçiləri Fələstin HƏMAS hərəkatının hərbi qanadının rəhbəri Məhəmməd əl-Deyf və həmin hərəkatın lideri Yəhya Sinvarı, "Hizbullah" partiyasının baş katibi Həsən Nəsrullahı və "Həmas" siyasi bürosunun rəhbəri İsmayıl Haniyəni zərərsizləşdiriblər.

"Dediyimiz kimi, husilər İsrailə raket zərbələri endirməyə davam etsələr, ağrılı zərbələr alacaqlar. Terrora rəhbərlik edənlərə də zərbələr endirəcəyik - necə ki, Qəzzada əl-Deyf və Sinvar, Beyrutda Nəsrullah və Tehranda Həniyəyə qarşı etdik. Biz Yəməndə Əbdülməlik əl-Husini tapıb məhv edəcəyik. Biz öz qüvvələrimizlə istənilən düşmənə qarşı özümüzü müdafiə edəcəyik”, – deyə nazir "X" sosial şəbəkəsində yazıb.

AzVision.az



Teqlər:





Xəbər lenti