Aİ “Şimal axınları”nı tamamilə basdırmaq əzmindədir

“Prezident Putin sülhə hazır olana qədər biz ona təzyiqi artırmalıyıq. Bunun üçün yeni məhdudiyyətlər zəruridir”, - AK sədri deyib.
Yeni sanksiyalara qaz kəmərlərinin bərpasına qoyulan hər hansı sərmayənin qarşısının alınması, Rusiyanın “kölgə donanması” gəmilərinin qara siyahıya salınması, neftin qiymətinin həddinin bir barel üçün hazırkı 60 dollar səviyyəsindən aşağı salınması və Rusiyanın maliyyə sektoruna qoyulan məhdudiyyətlərin artırılması daxildir.
AK-nin mətbuat xidmətinin rəhbəri Paola Pinyo aydınlaşdırıb ki, “Şimal axını” nəzəri cəhətdən təmir oluna və “Şimal axını - 2” istismara lisenziya ala bilsə belə, sanksiyalar bu layihələri iqtisadi cəhətdən səmərəsiz edəcək. Onun sözlərinə görə, Aİ-nin məqsədi investorları bu cür layihələrdə iştirakdan çəkindirməkdir.
- Rusiya 2022-ci ilin avqustunda “Şimal axını” ilə qaz tədarükünü dayandırıb və bir neçə həftə sonra qəza və ya qəsdən edilən hərəkətlər nəticəsində dörd boru kəmərindən üçünün zədələndiyini bildirib. “Şimal axını - 2” isə heç vaxt əməliyyat lisenziyası almayıb və bu, onun gələcək fəaliyyətini praktiki olaraq qeyri-mümkün edib”, - xanım Pinyon xatırladıb.
Eyni zamanda, Brüssel Aİ Xarici Əlaqələr Şurasının mayın 20-də keçiriləcək iclasında qəbul edilməli olan 17-ci sanksiyalar paketini hazırlayır. Bu paket qara siyahının Rusiyanın “kölgə donanması”ndan əlavə 200 gəmi ilə genişləndirilməsini, blokadaya alınmış gəmilərin ümumi sayının 350-yə çatdırılmasını ehtiva edir. Ekspertlər bildirilər ki, Rusiyanın neft ticarətinə ciddi təsir göstərmək üçün Aİ 500-ə yaxın gəmini blokadaya almalıdır.
Brüssel, həmçinin Rusiya neftinin bir barrelə görə məzənnəni əvvəl müəyyən edilmiş 60 dollardan da aşağı endirməyi də planlaşdırır. Hazırda isə Rusiya neftinin satış qiyməti onsuz da 60 dollardan aşağı düşüb. AK maksimum effekt əldə etmək üçün öz addımlarını ABŞ və digər beynəlxalq tərəfdaşlarla əlaqələndirmək niyyətindədir.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: AK ŞimalAxını