Məmmədyarovdan Qarabağla bağlı mühüm açıqlama

Məmmədyarovdan Qarabağla bağlı mühüm açıqlama
  27 Fevral 2018    Oxunub:2342
"Bakı üçün hazırda Dağlıq Qarabağ probleminin nizamlanması məsələsində siyasi yolun alternativi yoxdur"

AzVision.az xəbər verir ki, bunu Cenevrədə "RİA Novosti"yə açıqlamasında Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov bildirib.
"Diplomatlar hələlik yorulmamış, prosesi daha da intevsivləşdirmək lazımdır. Çünki hamı hərbçilərin kazarmalara geri qayıtması, insanların evlərinə qayıtması və sülhün bərqərar olması üçün hansı yola getməli olduğumuzu bilir. Biz əməkdaşlıq yolu ilə bütün problemlərin həllinə nail olmaq istəyirik və ona görə də biz xoşolmayan bu prosesi yerindən tərpətdik"- Məmmədyarov deyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti