Azərbaycan və Belarus yüksək texnologiyalar sahəsində əməkdaşlıq edəcək

Azərbaycan və Belarus yüksək texnologiyalar sahəsində əməkdaşlıq edəcək
  02 Mart 2018    Oxunub:1914
Azərbaycan Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarus Yüksək Texnologiyalar Parkında (YTP) olub.
AzVision.az “BELTA”-ya istinadən xəbər verir ki, YTP rəhbəri Vsevlod Yançevskiy nümayəndə heyətini parkın işi ilə tanış edib.

YTP-da olan rezident-şirkətlərin nümayəndələri öz işlərini, o cümlədən Azərbaycanda effektiv şəkildə istifadə oluna biləcək məhsul və texnologiyaları nümayiş etdiriblər.

Tərəflər arasında konkret əməkdaşlıq layihələri və Azərbaycanda Belarus texnologiyalarının tətbiqi barədə razılıq əldə olunub.

Azərbaycanın nümayəndə heyəti Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – "ASAN Xidmət"in orijinal konsepsiyası və işinin nəticələrini təqdim edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Fuad-Ələsgərov   Belarus   Azərbaycan  





Xəbər lenti