Nazirliyə bir ayda 16423 müraciət daxil olub
“Çağrı mərkəzləri”nə daxil olan hər bir müraciət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aidiyyəti sahə üzrə mütəxəssisləri tərəfindən qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb. O cümlədən, sorğu xarakterli müraciətlərdə əksini tapan məsələlərlə bağlı vətəndaşlara qanunvericiliyin müvafiq maddələri izah olunub. Müraciətlərin qalan hissəsində isə araşdırılması tələb olunan məsələlər ifadə olunub. Həmin müraciətlər nazirliyin aidiyyəti struktur bölməsində araşdırılaraq nəticəsinə uyğun tədbirlər görülüb.
Qeyd edək ki, SMS-məlumatlandırma xidməti də davam etdirilib və ötən ay vətəndaşların aidiyyəti məsələlər üzrə məlumatlandırılması məqsədilə 70 328 SMS göndərilib. Ümumilikdə cari ilin yanvar-fevral aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190 - “Çağrı mərkəzləri” tərəfindən 31 659 müraciətin cavablandırılması təmin olunub.
AzVision.az