Məmmədyarov Filippo Lombardi ilə görüşüb

Məmmədyarov Filippo Lombardi ilə görüşüb
  13 Mart 2018    Oxunub:1416
Xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri və İsveçrə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Filippo Lombardi ilə görüşüb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, görüş zamanı tərəflər İsveçrə və Azərbaycan arasında müxtəlif sahələrdə, o cümlədən parlament səviyyəsində əməkdaşlığın hazırkı durumu və gələcək perspektivləri barədə fikir mübadiləsi apardılar. Ölkələrimiz arasında əlaqələrin inkişafında parlament diplomatiyasının mühüm rol oynadığı diqqətə çəkildi.

Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında fəal siyasi dialoqun mövcudluğunu təqdir edərək, həmsöhbəti iki ölkə arasındakı siyasi təmaslar və həyata keçirilən iqtisadi layihələr barədə məlumatlandırdı. Bu xüsusda, nazir 70-dən artıq İsveçrə şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini qeyd edərək, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın daha da artırılması üçün geniş potensialın mövcudluğunu ifadə etdi.

Cənab F. Lombardi Azərbaycan Dövlət Neft Şirkətinin İsveçrədəki fəaliyyətini yüksək qiymətləndirdi və hər iki ölkənin iş adamları arasında birbaşa əlaqələrin təşfiq edilməsinin əhəmiyətini qeyd etdi.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AzVision.az


Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti