MSK 63 beynəlxalq müşahidəçini qeydiyyata alıb

MSK 63 beynəlxalq müşahidəçini qeydiyyata alıb
  15 Mart 2018    Oxunub:951
Mərkəzi Seçki Komissiyasında (MSK) 63 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.
MSK-nın media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib ki, 26 ölkədən olan müşahidəçilər 6 beynəlxalq təşkilatı təmsil edirlər.

Komissiya rəsmisi vurğulayıb ki, 32 min 764 yerli müşahidəçi akkreditasiyadan keçib. Onlardan 542-si MSK-da akkreditasiyadan keçərək bütün ölkə ərazisində, 32 min 222-si isə dairə seçki komissiyalarında akkreditasiyadan keçərək müvafiq dairənin hüdudları daxilində müşahidə aparmaq hüququ qazanıb.

AzVision.az


Teqlər: MSK   Seçki   Müşahidəçi  





Xəbər lenti