Vergilər Nazirliyi kimsəsiz uşaqları sevindirdi

Vergilər Nazirliyi kimsəsiz uşaqları sevindirdi
  16 Mart 2018    Oxunub:1373
Vergilər Nazirliyinin təşkilatçılığı ilə valideyn himayəsindən məhrum olmuş məktəblilər, eləcə də tədris ilində yüksək nəticələr əldə edən şagirdlər Akademik Milli Dram Teatrında “Gəl baharım, gəl yazım” adlı səhnə əsərini izləyiblər.
Nazirliyin Media və Kommunikasiya Mərkəzindən AzVision.az-a bildirilib ki, teatrın Novruz şənlikləri münasibətilə hazırladığı tamaşa baharın gəlişini əks etdirən maraqlı səhnə dekorasiyası və obrazları ilə uşaqları sevindirib. Yaradıcı heyətin peşəkar canlandırmaları, bir-birindən maraqlı səhnəcik və oyunlar məktəblilərdə bayram ovqatı yaradıb, alqışlarla qarşılanıb.

Tamaşanın sonunda aktyorlar məktəbliləri bayram münasibətilə təbrik edərək onlara müvəffəqiyyətlər arzulayıblar. Vergilər Nazirliyinin əməkdaşlarının da iştirak etdiyi tədbirə dəvət olunan uşaqlara nazirlik tərəfindən bayram hədiyyələri təqdim edilib.

Vergilər Nazirliyi sosial məsuliyyət strategiyası çərçivəsində ictimaiyyət nümayəndələri üçün faydalı təşəbbüslərin dəstəklənməsinə daim diqqətlə yanaşır və sosial layihələrin həyata keçirilməsində fəal tərəfdaş kimi iştirak edir. Novruz şənliklərinin təşkilində məqsədlərdən biri də qayğıya daha çox ehtiyacı olan məktəblilərin cəmiyyətə inteqrasiyasına dəstək vermək, tədris ilində yüksək nəticələr əldə edən şagirdlərin təhsilə marağını stimullaşdırmaqdır.

AzVision.az


Teqlər: Vergilər-Nazirliyi  





Xəbər lenti