Gəncədə seçicilərlə növbəti görüş keçirilib - VİDEO

Gəncədə seçicilərlə növbəti görüş keçirilib - VİDEO
  29 Mart 2018    Oxunub:1288
Prezident seçkilərinin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirən YAP Mərkəzi Seçki Qərargahı Gəncə şəhər şöbəsi üzvlərinin çoxsaylı seçicilərlə növbəti görüşü ruh yüksəkliyi ilə keçib.
Ziyalıların, ağsaqqalların, qadınların və gənclərin fəal iştirak etdiyi görüşü YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev açaraq, ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsəqyönlü xarici siyasət sayəsində Azərbaycanın Cənubi Qafqazda lider dövlətə çevrildiyindən bəhs edib.

Milli Məclisinin deputatları Xanlar Fətiyev, Pərvin Kərimzadə və Musa Quliyev son illərdə ölkəmizdə gedən abadlıq-quruculuq işlərindən, xalqın sosial rifahına yönəldilmiş layihələrdən, beynəlxalq səviyyədə ölkəmizin artan nüfuzundan, ordu quruculuğundan, iqtisadi yüksəlişindən, dayanıqlı inkişafından söhbət açaraq gələcəyimizin yeni qələbələrə və uğurlara imza atması üçün seçiciləri 11 apreldə seçki günündə fəal olmağa səsləyiblər.

Nərgiz Rəsulova, Yusif Yusibalıyev seçicilər adından çıxış edərək prezident İlham Əliyevin Azərbaycanı işıqlı gələcəyə apardığını vurğulayıblar.

Görüş iştirakçıları 11 apreldə İlham Əliyevin namizədliyini yekdilliklə müdafiə edəcəklərini bəyan ediblər.



AzVision.az


Teqlər: Gəncə   Seçki  





Xəbər lenti