“Seçkilər yaxşı təşkil olunub” - Mario Davidi (Yenilənib)

“Seçkilər yaxşı təşkil olunub” - Mario Davidi (Yenilənib)
  12 Aprel 2018    Oxunub:1571
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Mərkəzçi Demokratlar İnternasionalının vitse-prezidenti Mario Davidi qəbul edib.
AzVision.az xəbər verir ki, Azərbaycanda keçirilən prezident seçkilərində müşahidəçi kimi iştiraklarından məmnun qaldıqlarını deyən Mario David dünən bir neçə seçki məntəqəsində səsvermə prosesini izlədiklərini bildirərək seçkilərin yaxşı təşkil olunduğunu, seçicilərin səsvermədə fəal iştirak etdiklərini vurğuladı.

Prezident İlham Əliyev ölkəmizdə seçkilərin azad, demokratik və şəffaf şəraitdə keçirilməsi üçün hər cür şəraitin yaradıldığını qeyd etdi.

AzVision.az


Teqlər: İlham-Əliyev   Avropa-Parlamenti  





Xəbər lenti